Azərbaycan, Rusiya və Ermənistanla üçtərəfli anlaşmadan sonra Dağlıq Qarabağın ərazisində hansı valyutanın işləyəcəyi məsələsinə toxunulub. Bildiyimiz kimi Azərbaycan qanunvericiliyinə görə, manat ölkədə yeganə ödəniş vasitəsidir.
Banker.az xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev müsahibəsində toxunub.
“Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq [manat] və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir.”- deyə Prezident köməkçisi deyir.