10 C
Baku
Wednesday, December 11, 2024

“Deutsche Bank” evdən işləyənlər üçün 5% vergi tətbiq etməyi təklif edib

“Deutsche Bank”ın baş strateqi Jim Reed-in “What we must do to rebuild” (“Yenidənqurma üçün nə etməliyik”) adlı araşdırmasında pandemiya zamanı evdən işləyənlərə qarşı 5% vergi tətbiq etmək təklif olunur.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Ekspertin fikrincə, bu, işçilərin həyat keyfiyyətini pisləşdirməyəcək və ödəniləcək məbləğ ofisdən işləyərkən işçilərin nəqliyyat və yemək xərclərinə bərabər olacaq.

Reed qeyd edir ki, pandemiya əlavə vergiyə ehtiyac olduğunu bir daha təsdiq edib. Belə ki, distant işləyən insanların gəlir səviyyəsi adətən orta səviyyədən yuxarıdır. Təxmini məbləğin 55 min dollar olduğunu fərz etsək, 5% vergi hər gün üçün əlavə 10 dollar xərc deməkdir.

Hər bir işçi ofisdə işləmək üçün nəqliyyat və yeməyə təxminən eyni miqdarda pul xərcləyir. Əgər bu qayda orta əmək haqqının 35 min funt sterlinq olduğu Böyük Britaniyada tətbiq olunarsa, ingilislərin gündəlik xərci 7 funt sterlinq artacaq. Almaniyada bu kateqoriyada işçilər ortalama ilə ayda 40 min avro maaş alırlar, onlar üçün vergi gündə 7,5 avroya bərabər olacaq.

ABŞ iqtisadiyyatı üçün belə bir vergi ildə 48 milyard dollar, İngiltərə üçün – 6,9 milyard funt sterlinq, Almaniya üçün – 15,9 milyard avro əlavə gəlir deməkdir. Strateq bu pulu evdən işləyə bilməyən və illik gəliri 30 min dollardan az olan işçilərə xərcləməyi təklif edir.

“Bəziləri vergiyə qarşı çıxacaqlar. Onlar iqtisadiyyatda iştirakın hər kəsin şəxsi seçimi olduğunu və qərar verdiklərinə görə cəzalandırılmamalarını söyləyəcəklər. Buna baxmayaraq, bu insanlar hökumətlərin hər zaman sosial mühitə vergiləri təxirə saldığını unutmamalıdır”, – mütəxəssis vurğulayıb.

Qeyd edək ki, distant iş rejimi pandemiyadan əvvəl populyarlaşmağa başlayıb, məsələn, ABŞ-da 2005-2018-ci illərdə distant işləyənlərin sayı 173% artıb. Lakin buna baxmayaraq, evdən işləyənlərin sayı cəmi 5,4% artmışdı.

Pandemiya dövründə isə ABŞ-da bu göstərici 56% (10 dəfə), İngiltərədə isə 47% (yeddi dəfə) artıb. İnvestisiya bankının proqnozuna görə, koronavirus pandemiyasından sonra da evdən işləməyə davam edəcəklər.

Son xəbərlər
Digər xəbərlər