ABŞ-da keçirilən prezident seçkilərində özünü qalib elan edən Cozef Bayden, dünya liderləri ilə söhbətlərində Amerikanı dünya arenasındakı “oyuna” qaytaracağına söz verib.
Bu barədə Banker.az “RİA Novosti”yə istinadən xəbər verir.
“Xarici liderlərlə danışanda onlara deyirəm: Amerika geri dönəcək. Biz oyuna qayıdacağıq”, – deyə Bayden “Twitter”də yazıb.
Xatırladaq ki, Co Baydeni artıq Kanada, Fransa, Almaniya, Böyük Britaniya, İrlandiya və bir sıra digər ölkələr təbrik edib. Bayden Trampın bir sıra ziddiyyətli qərarlarını ləğv etməyi vəd edib. İlk növbədə, siyasətçi ABŞ-ın Paris müqaviləsinə yenidən qoşulmasını zəruri hesab edir.