15 C
Baku
Monday, October 14, 2024

Çirkli pulların yuyulması ilə mübarizə üzrə qlobal reytinq açıqlanıb: Azərbaycan 66-cı yerdədir

Azərbaycan dünyada çirkli pulların yuyulması riskləri ilə mübarizə üzrə qlobal reytinqdə 141 ölkə arasında 66 yerdə qərarlaşıb.

Bu barədə Basel Dövlət İdarəetmə İnstitutunun “Basel AML İndex-2020” illik hesabatında əks olunub. Məlumatı Report verib.

Məlumata görə, siyahıda Avropa və Mərkəzi Asiya regionu ölkələrindən Türkiyə 41-ci, Rusiya 52-ci, Gürcüstan isə 103-cü yerdə qərarlaşıb.

Hesabatda ilk 3 sırada Əfqanıstan (1), Haiti (2) və Myanmar (3), son 3 sırada isə Estoniya (141), Andorra (140) və Finlandiya (139) qərarlaşıb.

Hesabata görə, regionun ümumi risk qrupu qlobal ortalamaya yaxındır, ancaq keyfiyyət göstəricisi daha yaxşıdır.

Xatırladaq ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər çərçivəsində Azərbaycan 2002-ci ildən etibarən Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsində (MONEYVAL) təmsil olunmağa başlayıb. Azərbaycanda PL/TMM sahəsində mövcud vəziyyətlə bağlı MONEYVAL-ın ilk qiymətləndirmə hesabatı 2004-cü ildə qəbul edilib.

Bundan sonra, 2008-ci ildə də MONEYVAL tərəfindən Azərbaycan üzrə qiymətləndirmə aparılaraq müvafiq hesabat hazırlanıb. Bu qiymətləndirmə hesabatlarında Azərbaycanda PL/TM ilə effektiv mübarizə sisteminin formalaşdırılması baxımından təklif və tövsiyələr irəli sürülüb. Bu təklif və tövsiyələr ölkədə PL/TMM sisteminin formalaşdırılması və inkişafı istiqamətində aparılan islahatlar zamanı mühüm əhəmiyyət kəsb edib.

MONEYVAL-ın IV raund qiymətləndirilməsi Azərbaycanda 2014-cü ildə həyata keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər