Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara əsas hadisələr haqqında danışacaq.
Bu barədə dövlət başçısı özü bildirib.
Bu halda ölkə rəhbəri təsdiqlənməmiş manipulyasiyalar və yalanlar kimi yeni formatı müəyyən edib.
“Telekanallarda ayrı-ayrı nüfuzlu iş adamlarımız və siyasətçilərimiz barədə xoş xəbərlər ya yoxdur, ya da müsbət xəbərlər təəssüf ki, mənfiyə çevrilir. Ağa tez-tez qara deyilir”, – Zelenski “Telegram” kanalında yayımladığı videoda deyib.
O, qeyd edib ki, sələflərindən fərqli olaraq, şəxsi telekanala və ya başqa KİV-ə malik deyil. “Buna görə qərara aldım ki, iş günü hadisələrindən vasitəçilərsiz, manipulyasiyalarsız və əsas isə yalan olmadan özüm danışım”, – dövlət başçısı vurğulayıb.