2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58469.5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.8 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. Qeyd edək ki, öncəki ayda resessiya 3.9 faiz təşkil edirdi.
Dövlət Statistika Komitəsindən Banker.az-a verilən məlumata görə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2.3 faiz, neft-qaz sektorunda isə 6.3 faiz azalmışdır.
ÜDM istehsalının 34.2 faizi sənaye, 11.5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.4 faizi tikinti, 2.0 faizi informasiya və rabitə, 1.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19.9 faizi digər sahələrin payına düşüb.
Ölkədə məhsula və idxala xalis vergilər ÜDM-in 9.9 faizini təşkil edib ki, bu da öncəki aydan 0.3% bəndi azdır. Cari ilin ilk 9 ayında bu rəqəm 10.2% təşkil edirdi.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 861.6 manata bərabər olub.