Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki yaşayış kompleksində poliklinika binasının tikintisi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 4-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 14-ü, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun Satınalmaların təşkili şöbəsinin müdirinin müavini Zahid Vəliyevdir. Telefon: (012) 594-54-01 (daxili: 238).
Tenderin nəticəsi dekabrın 15-də, saat 15:00-da portalda açıqlanacaq. İş ən gec 3 ay müddətində təhvil verilməlidir.