11 C
Baku
Monday, November 25, 2024

Robert Kiyosaki: müəllim ya fırıldaqçı?

Robert Toru Kiyosaki (8 aprel 1947-ci il) – amerikalı sahibkar, müəllim və yazıçıdır.

Uşaqlıq və gənclik illəri

Kiyosaki ABŞ-da məskunlaşmış 4-cü nəsil yaponların nümayəndəsidir. Onun atası fəlsəfə elmləri doktoru idi və eyni zamanda Havaya ştatında Təhsil Naziri vəzifəsində işləyirdi. Təhsil aldıqdan sonra gələcək sahibkar amerikan hərbi-dəniz qüvvələrinin tərkibində Vyetnamda hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra isə Kiyosaki “Xerox” şirkətində ticarət agenti olaraq işləməyə başlayır.

Karyerası

Öz həyatı boyu Kiyosaki bütün dünyada məşhur olan bir milyoner olmağı da bacarır. Sərvətinin bir hissəsini o öz kitablarının satışından əldə etmişdir. Bununla yanaşı bir çox mütəxəssislər onun məsləhətlərini tənqid edərək onu fəaliyyətini “uzunqulaq və kök marketinqi” adlandırırlar. Bu növ marketinqin mahiyyəti ondan ibarətdir ki, insana öz məqsədinə çatmaq üçün gərəkli olan hər hansı bir məhsul təklif edilir. Lakin məhsul alındıqdan sonra bu məhsulla məqsədə nail olmağın qeyri-mümkün olduğu məlum olur. Bundan sonra isə qaydalara əsasən alıcıya problemi həll edə biləcək növbəti daha bahalı bir məhsul təklif olunur. Bəs Kiyosaki bu nəticəyə necə gəlmişdir?

1977-ci ildə o neylon və dəri məmulatlarının ticarəti ilə məşğul olan şirkətin əsasını qoyur.

robert kiosaki 21985-ci ildə Ş. L. Leçter ilə birgə “RichDad`sOrganization” adlı maarifləndirici şirkət yaradılır. Bu şirkətdə tələbələr biznesin idarə edilməsini və sərmayələşdirilməni öyrənirdilər.

Robert Kiyosaki bir çox bestsellerlərin müəllifidir. Bunlara misal olaraq isə “Varlı Ata, Kasıb Ata”, “İnvestisiya və daşınmaz əmlak”, “Ədalətsiz imtiyaz”, “21-ci əsrin biznesi” və s.ni göstərmək olar.

Onun kitablarına böyük maraq olmaqla yanaşı, bəziləri hətta onun məsləhətlərini gülünc və qanunsuz adlandırır. Ümumilikdə Robert Kiyosaki 26 milyon nümunədə çap olunan 15 kitabın müəllifidir.

Bəzi mənbələrə əsasən, 2012-ci ildə onun sərvəti 80 milyon dollara bərabər idi və gəlirinin əsas hissəsi kitab satışlarından və investisiyalardan əldə edilmişdir.

2012-ci ildə onun “RichGlobalLLC” şirkəti borcla əlaqədar məhkəmə prosesini uduzdu. Hazır ki şirkət “Varlı Ata, Kasıb Ata” kitabının tanıtımı ilə məşğul olan “The Learning annex” marketinq agentliyinə borcunu ödəməmişdi. Borcun məbləği 24 milyon dollar təşkil edirdi. Buna görə də 2012-ci ildə “RichGlobalLLC” şirkəti müflisləşdi.

Son xəbərlər
Digər xəbərlər