Azərbaycana cari ilin ilk on ayı ərzində 42 827 ədəd avtomobili idxal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İdxal olunmuş avtomobillər üzrə Azərbaycandan 511. 38 mln. dollar həcmində valyuta xaricə axıb.
İdxal olunmuş avtomobillərin 39 853 ədədi minik avtomobili (bunun 4 056 ədədi hibrid mühərrikli, 142 ədədi isə elektrokarlar ), 2 705 ədədi yük daşınması üçün nəzərdə tutulmuş avtomobillər olub.
Oktyabrda idxal olunan avtomobillərin sayı 4 195 ədəd olmuşdur. Bu da son 4 ayda müşahidə edilən ən aşağı göstəricidir.