6 C
Baku
Monday, December 16, 2024

Türkiyə “Akkuyu” AES-in üçüncü enerji blokunun inşasına icazə verib

Türkiyə hökuməti “Akkuyu” AES-in üçüncü enerji blokunun inşasına icazə verib.

Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında deyilir.

“”Akkuyu” AES-in üçüncü enerji blokunun inşası üçün lisenziya verilib. İlk reaktor 2023-cü ildə istismara veriləcək və enerji portfelimiz yeni bir enerji mənbəyi ilə şaxələndiriləcək. “Akkuyu” AES-in enerjisi bütün Türkiyəni işıqlandıracaq”, – amıqlamada deyilir.

Qeyd edək ki, “Akkuyu” Türkiyənin cənub sahillərində inşası davam etdirilən atom elektrik stansiyasıdır. VVER-1200 tipli reaktorlu dörd enerji blokunun inşasını və istismara verilməsini əhatə edən AES Rusiya layihəsi əsasında inşa edilir. Zavodun tikinti müqaviləsi 2010-cu ilin may ayında imzalanıb. İnşasının tamamlanmasından sonra “Akkuyu” Türkiyənin ilk nüvə enerji stansiyası olacaq. Stansiyanın 2023-cü ildə istismara verilməsi nəzərdə tutulur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər