İnvestor Uorren Baffetin rəhbərlik etdiyi “Berkshire Hathaway” holdinqi, 2020-ci ilin üçüncü rübündə ABŞ-ın dörd əczaçılıq şirkətinə 5,7 milyard dollar sərmayə qoyub.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına göndərilən sənədə istinadən “Financial Times” yazıb.
Qəzetin qeyd etdiyi kimi, bu, Baffetin son bir neçə ildə əczaçılıq sənayesindəki ən əhəmiyyətli investisiyalarından biridir. İlk növbədə, bu qərar mövcud pandemiya tərəfindən diktə edilir: “Pfizer” və “Merck” şirkətləri koronavirus peyvəndinin hazırlanması ilə məşğuldurlar.
Ekspertlərin qiymətləndirmələrinə görə, “Berkshire Hathaway” bu alışı üçüncü rübdə əczaçılıq sahəsindəki investisiyalı iki dəfədən çox artırmağa imkan verib. Ümumilikdə, holdinq bu sayəyə 9,3 milyard dollar sərmayə qoyub. Belə ki, daha əvvəl “Biogen”, “Johnson & Johnson”, “Teva Pharmaceuticals” və “DaVita” əczaçılıq şirkətlərində pay alınmışdı.
Əczaçılıq sahəsinə böyük investisiya ilə yanaşı, Baffetin şirkəti banklardakı payını azaltmağa davam edir. Məsələn, 2020-ci ilin birinci rübündə “Berkshire Hathaway” holdinqi “Goldman Sachs”dakı səhmlərinin 84%-ni satıb.
Bundan əlavə, holdinq “Apple”dakı payını ixtisar edib: 36,3 milyon səhm satıb. Qeyd edək ki, bütün bunlara baxmayaraq, “Bank of America” və “Coca-Cola” hələ də holdinqin ən böyük investisiya şirkətləridir.