Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 244 min 422 nəfər pensiyaçı olub.
Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, Respublikada pensiyaçılara verilən orta aylıq pensiya məbləği 298 manat 41 qəpik olub.
Paytaxt Bakıda orta aylıq pensiya məbləği 402 manat 99 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Naxçıvan Muxtar Respublikasında verilib. Bu rayonda orta aylıq pensiya məbləği 285 manat 50 qəpik olub. Naxçıvandan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Sumqayıt (273.73 manat), Neftçala (268.56 manat), Abşeron (267.81 manat), Qubadlı (266.54 manat) və Şirvan (264.37 manat) ilk sırada yer alıblar.
Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 223 manat 42 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Ağdaş (232.15 manat), Cəlilabad (233.03 manat), Xaçmaz (235.44 manat) və Balakəndir. (236.40 manat)