“Chrome” brauzeri yenilənib: indi o, 25% daha sürətli işə düşür və səhifələri 7% daha tez yükləyir.
Banker.az bu barədə “Vc.ru” ya istinadən xəbər verir.
“Google”dan verilən məlumata görə, yeniləmə 18 noyabr tarixindən etibarən bütün istifadəçilər üçün əlçatan olacaq.
Bundan əlavə, brauzerin yeni versiyası prosessorun yükünü beş dəfə azaldır, batareyanın iş müddətini isə 1,24 saat artırır. Eyni zamanda istifadəçilər səhifələri qruplaşdıra, axtardıqları səhifələr arasında istədiklərini tapmaq üçün axtarış funksiyasından yararlana biləcəklər.
Axtarış sətrinə bir sıra əmrlər əlavə edilib: onların köməyi ilə istifadəçi ayarları açmadan brauzerin tarixçəsini silə biləcək.
Gələcəkdə şirkət “Chrome”a tematik kartlar da əlavə etməyi planlaşdırır. Onların üzərində basanda birbaşa səhifəyə keçid etmək mümkün olacaq.