6 C
Baku
Sunday, December 15, 2024

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi azalıb

2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29 865.6 min ton, yük dövriyyəsi isə 6 972.3 milyon ton-km olub.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23 faiz və 15.5 faiz azalma müşahidə olunmuşdur.

Yüklərin 16 621.7 min tonu və ya 55.7 faizi avtomobil nəqliyyatı, 9 532.7 min tonu və ya 31.9 faizi dəmir yolu nəqliyyatı, 3 711.2 min tonu və ya 12.4 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20.4 faizini və ya 6 095.3 min tonunu tranzit yüklər təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər