Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda avtomobillə sərnişin daşıma xidməti azalıb.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-oktyabr aylarında, avtobusla 1 414 340,2 min sərnişin daşınmışdısa, bu il bu göstərici 907 156,4 min nəfər təşkil edib.
Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobusla sərnişin daşıma xidməti 35.9% azalıb.
Cari ildə minik taksilərinin xidmətlərindən isə 35 984,6 min nəfər istifadə edib. Belə ki, keçən il bu xidmətdən istifadə edənlərin sayı 59 917,1 min nəfər təşkil edirdi və illik müqayisədə bu göstəricidə 39.9% azalma qeydə alınıb.
Məlumat üçün bildirək ki, bu azalmaların səbəbi Koronavirus pandemiyasına görə ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması, iş yerlərində işçilərin sayının azaldılması ilə sərnişin daşımalarının azalmasına gətirib çıxarmışdır.