6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Rusiyanın pomidor təchizatçı kimi payını 31%-ə yüksəldib – siyahı

Rusiya Federasiyasına pomidor ixrac edən ölkələrin sırasınd Azərbaycan yerini daha da gücləndirib. Söhbət 2019-cu il üzrə statistikadan gedir. Banker.az TradeMap-ın açıqlamasına istinadən xəbər verir ki, RF Azərbaycandan ötən il 172 min ton həcmində təzə pomidor alıb.

Rusiyaya dünya ölkələrindən ümumidə 558 min ton həcmində pomidor gətirilib. Bazarın əsas payçısı Azərbaycan (31%), Türkiyə (17%), Çin (12%) və Mərakeş (9%) olmuşdur.

2018-ci ildə Azərbaycanın payı 29%,Mərakeşin payı 16%, Çinin payı 15%, Belarusiyanın payı 10% və Türkiyə və Ermənistanın hər biri olmaqla payları isə 6% idi.

Ölkələr 2018 2019
1 Azərbaycan 169,870 172,359
2 Türkiyə 34,873 93,966
3 Çin 87,993 69,386
4 Mərakeş 91,577 53,651
5 Belarusiya 57,063 49,213
6 Özbəkistan 25,343 29,326
7 İran İslam Respublikası 34,818 26,035
8 Ermənistan 36,690 22,736
9 Qazaxıstan 18,642 16,732
10 Türkmənistan 5,270 11,972
Dünya üzrə 577,735 557,708

 

Son xəbərlər
Digər xəbərlər