Azərbaycanda əsas yerli siturs meyvələrinin qiymətində bahalaşma müşahidə edilir.
Yerli məhsul olan limon, portağal və naringinin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.
Limon ötən ilin 1 noyabrda 2.83 AZN/kq olduğu halda bu ilin eyni dövründə 3.75 AZN/kq olub, bu da son bir ildə qiymətində 33% artım olması deməkdir.
Naringinin qiyməti 1 noyabr tarixində 1.55 AZN/kq olduğu halda, cari ilin müvafiq dövrində 2.18 AZN/kq təşkil etmişdir. Bu isə qiymət indeksinin 41% artımı deməkdir.
Limon isə son bir il ərzində 4% bahalaşmaqla 2.74 AZN/kq təşkil edir.