Azərbaycanda 3 milyon manatlıq yeni şirkət təsis edilib.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Deterra” MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni yaradılan şirkətin nizamnamə kapitalı 3 milyon 250 min manatdır və qanuni təmsilçisi Məmmədov Elnur Fikrət oğludur.
“Deterra” MMC-nin hüquqi ünvanı Şamaxı rayonu, Sabirli ünvanında fəaliyyət göstərəcək.