Azərbaycan 2020-ci ilin ilk üç rübü ərzində 1 091.2 hektar ərazi çay plantasiyasından 798.1 ton həcmində yaşıl çay yarpağı yığılıb.
2020-də ığılmış çay plantasiyasının həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə 23% çox olmuşdur. Bu isə 731.4 kq/ha məhsuldarlığın olmasıdır. Bildirməliyik ki, respublika üzrə bu rəqəm 2019-cu ildə 569.7 kq/ha təşkil edirdi. Bu barədə Banker.az-a Statistika Komitəsindən bildirilir.
İlin ilk rübü üzrə yaşıl çay yarpağının 550.5 tonu Astara r. (illik müqayisə:+46), 193.2 tonu Lənkaran ş. (-14%), 39 tonu Zaqatala r. (+1.2%) və 15.5 tonu Masallı r. (+74%) ərazisində yəğılmışdır.
Azərbaycanda ən məhsuldar rayon kimi Astara olmuşdur. Bu rayonun ərazisində 2 020 kq/ha yaşıl çay yarpağı yığılıb.
Banker.az xatırladır ki, ölkəmiz 2020-ci ilin ilk 10 ayı ərzində 11.381 min ton həcmində quru çay idaxl edib. Bu idxal olunan bu məhsula görə Azərbaycandan xaricə 46.26 mln. dollar valyuta ölkə sərhədlərindən xaricə axıb.
Çaya görə, 2019-cu il üzrə isə ölkəmizi 55 mln. dollardan çox valyuta xaricə axmışdı.