5 C
Baku
Saturday, December 14, 2024

İşçi Qrupun rəhbəri: ““Lombardlar haqqında” qanun layihəsi üçüncü oxunuşa hazırdır”

“Lombardlar haqqında” qanun layihəsi üçüncü oxunuşa hazırdır və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, “Lombardlar haqqında” qanun layihəsinin üçüncü oxunuşa hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Əli Məsimli deyib.

Komitə sədrinin müavini bildirib ki, qanun layihəsi komitə tərəfindən parlamentin 2020­-ci il payız sessiyasında baxılmaq üçün iş planına daxil edilib: “Layihə biz tərəfdən hazır vəziyyətdədir. Mərkəzi Bank da layihəyə münasibətdə fikirlərini son varaintda formalaşdırıb”.

Qeyd edək ki, lombard fəaliyyətində olan neqativ halların çoxluğunu nəzərə alaraq bu sektorun səmərəliliyinin artırılması məqsədilə, eləcə də istehlakçıların hüquqlarının qorunması üçün “Lombardlar haqqında” qanun layihəsi hazırlanıb və 2019cu il sentyabrın 30-da Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Qanun layihəsini üçüncü oxunuşa hazırlamaqdan ötrü işçi qrupu yaradılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər