Rusiyanın qurumlararası nümayəndə heyəti yaxın günlərdə Bakı və İrəvana səfər edəcək.
Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə ölkəsinin Dağlıq Qarabağla bağlı Bakı və İrəvanla bütün səviyyələrdə təmasları davam etdirdiyini söyləyib.