8 C
Baku
Thursday, December 12, 2024

10 ilə yaxın fəaliyyət göstərən şirkət ləğv edilərək İtaliya şirkətinə birləşdi

“NeoClass” MMC “Collezione Italia” şirkətinə birləşir.

Banker.az xəbər verir ki, “NeoClass” MMC  və  “Collezione İtalia” MMC-nin ümumi yığıncaqları keçirilib.

Təsisçisi Vahabov Azər Vəkil oğlu olan “Collezione İtalia” MMC-nin Ümumi Yığıncağının 20 Noyabr 2020-ci il tarixində qərara alındı:

1.”Collezione İtalia” MMC  “Neoclass” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunsun.

2. Qoşulma ilə əlaqədar “NEOCLASS” MMC-nin  bütün hüquq və vəzifələri təhvil aktı üzrə “Collezione İtalia” MMC keçsin.

3. Yenidən təşkil nəticəsində “Collezione İtalia” MMC nizamnamə kapitalı, təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilsin:

4. Nizamnamə kapitalı 110.00 manat həcmindədir və hər biri 10.00 manat olan 11 paydan ibarətdir. • Təsisçi : Vahabov Azər Vəkil oğlu 100,00 manat, 10 pay,90.90 faiz, pul şəklində • Təsisçi : Məmmədov Kamandar Əlimərdan oğlu 10 manat, 1 pay, 9.1 faiz, pul şəklində

5. “Collezione İtalia” MMC yenidən təşkili ilə bağlı mətbuatda elan dərc edilsin və təhvil aktı tərtib edilərək təsdiq edilsin.

6. “Collezione İtalia” MMC yenidən təşkili ilə əlaqədar nizamnaməsi təsdiq edilsin.

7. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək, dəyişiklikləri əks etdirən hazır sənədləri və o cümlədən, özündə bütün reyestr məlumatlarını əks etdirən dövlət reyestrindən çıxarışın və digər hazır sənədləri təhvil almaq səlahiyyəti “Collezione İtalia” MMC-nin qanuni təmsilçisi Məmmədov Xəzər Əlimərdan oğluna həvalə edilsin.

“Neoclass” MMC-nin Ümumi Yığıncağının 20.11.2020-ci il tarixində qərara alındı:

1. “Neoclass” MMC “Collezione İtalia” MMC-yə qoşulsun.

2. Qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, “Neoclass” MMC fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri  MMC-yə  keçsin.

3. Qoşulma barədə mətbuatda elan dərc edilsin və “Neoclass” MMC dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə müvafiq orqana göndərilsin.

4. “Neoclass” MMC rəhbəri tutduğu vəzifədən azad olunsun.

5. “Neoclass” MMC-nin hüquq və vəzifələrinin “Collezione İtalia” MMC-yə  verilməsinə dair təhvil aktı tərtib edilərək təsdiq edilsin.

Bildirək ki, Collezione Italia – Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir.

Son xəbərlər
Digər xəbərlər