6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda maaşların daha yüksək olduğu sahələr açıqlandı

2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17.1 faiz artaraq 706.6 manat təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 402 manat, qeyri neft-qaz sektorunda 648.3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 624.1 manat, özəl müəssisələrdə isə 810 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Belə ki, bu ilin 9 ayında Mədənçıxarma sənayesində 3 341 manat (ötən il 3 013.9 manat), maliyyə və sığorta fəaliyyəti üzrə 1 758.5 manat (ötən il 1 648.8 manat), peşə, elmi və texniki fəaliyyət üzrə 1 184.6 manat (ötən il 1 150.1 manat), informasiya və rabitə sahəsində isə orta aylıq nominal əməkhaqqı ölkə üzrə 1 071.2 manat (ötən il 984.7 manat) olub.

Son xəbərlər
Digər xəbərlər