7 C
Baku
Thursday, December 12, 2024

ABŞ ticarəti məhdudlaşdıracaq Çin şirkətlərinin siyahısını tərtib etdi

ABŞ prezidenti Donald Tramp aviasiya və kosmik sektor daxil olmaqla, ümumilikdə 89 Çin şirkətinin hərbiçilərlə işlədiyini iddia edir ki, bu da onlarla ticarətin məhdudlaşdırılması ilə nəticələnə bilər.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Verilən məlumata görə, siyahının dərc edilməsi Vaşinqton və Pekin arasındakı gərginliyin artmasına, habelə Çinə mülki aviasiya ehtiyat hissələrini satan ABŞ şirkətlərinə ziyan vura bilər. Xatırladaq ki, oktyabr ayının sonlarında Tramp Çin Silahlı Qüvvələri ilə Əlaqədə olan şirkətlərə investisiya yatırmağı qadağan edən fərman imzalamışdı. Sənədə əsasən, 11 yanvar 2021-ci ildən etibarən amerikalı fiziki və hüquqi şəxslərin bu şirkətlərin qiymətli kağızları ilə hər hansı bir əməliyyat aparmaq qadağan ediləcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Pekin Vaşinqtonu Çin şirkətlərinə qarşı təzyiq göstərməməyə çağırıb və müəssisələrin qanuni hüquqlarını və mənafelərini qətiyyətlə müdafiə edəcəyini vurğulayıb. Diplomatın sözlərinə görə, ABŞ hökuməti “beynəlxalq ticarət qaydalarını ciddi şəkildə pozur və Çin şirkətlərinə təzyiq göstərmək üçün səlahiyyətlərindən sui-istifadə edir”.

Son xəbərlər
Digər xəbərlər