“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan prezidenti Fərman imzalayıb.
Həmin fərmanda, qeyd edilən əsasnamədə 6.3-cü bəndinə yeni yarımbənd əlavə edilib.
Belə ki, sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə əlaqədar məlumatların elektron sistemə ötürülməsi təmin edilən bu yarımbənddə artırılıb:
“6.3.11. investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar.”.