“Microsoft Teams” xidmətinin rəhbərliyi “Zoom” istifadəçilərini cəlb etmək üçün yeni aksiya düşünüb.
Banker.az “vesti.ru” saytına istinadən xəbər verir ki, brauzer üzərindən edilən bütün videozənglər ödənişsiz olub. Həmçinin indi istifadəçilər bütün günü mesajlaşa bilərlər.
Belə ki, “Microsoft Teams” xidmətində limitsiz ünsiyyət 300 nəfərədək olan konfranslara aiddir. Çata brauzer üzərindən ödənişsiz qoşulmaq olar. Bunun üçün “Microsoft” və ya “Microsoft Teams” hesabına ehtiyac yoxdur.
Translyasiya yaratmaq üçün “Microsoft” hesabının köməyi ilə “Microsoft Teams” xidmətinə daxil olmaq lazımdır. Bundan sonra videozəng bağlantısını başqa istifadəçilərlə paylaşmaq mümkün olacaq. Onlar “Microsoft” hesabı olmadan brauzer üzərindən çata qoşula biləcəklər.
“Microsoft Teams” xidmətində pulsuz sessiyanın müddəti 24 saatdır və bu, rəqiblər arasında ən əlverişli təklifdir. “The Verge” nəşri yazır ki, “Zoom” xidmətində limit 40 dəqiqə, “Google Meet”də 60 dəqiqə, “Cisco Webex”də isə 50 dəqiqə təşkil edir.