2 C
Baku
Sunday, December 15, 2024

İlon Mask dünyanın ikinci ən zəngin adamı oldu

“Tesla” və “SpaceX”in yaradıcısı amerikalı sahibkar İlon Mask, bazar ertəsi günü dünyanın ən zəngin adamları sırasında ikinci yerə qalxıb.

Banker.az “TASS” agentliyinə istinadən xəbər verir, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Qiymətləndirmələrə görə, artım 7,2 milyard dollar təşkil edib və hal-hazırda Maskın ümumi varidatı 128 milyard dollardır. O, “Microsoft”un təsisçisi Bill Qeytsi (128 milyard dollar) ötüb keçib və təkcə “Amazon” şirkətinin qurucusu Ceff Bezosdan geridə qalır (182 milyard dollar). Bill Qeyts indi üçüncü yerdədir.

Xatırladaq ki, son 12 ayda İlon Maskın sərvəti təxminən 100 milyard dollar artıb. Agentlik qeyd edir ki, dünyanın ən zəngin 500 adamı reytinqində olanlardan heç kim bu qədər sürətlə inkişaf etməmişdir.

Bildirildiyi kimi, Maskın sərvətinin artması “Tesla” şirkətinin kapitallaşması ilə əlaqəli olub. Belə ki, bu ilin yanvar ayında o, 100 milyard dollar, indi isə 500 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər