Azərbaycan şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib.
Banker.az xəbər verir ki, “Kapital Partners” adını və təşkilati-hüquqi forması dəyişərək “Capital Partners İnvestisiya Şirkəti”-nə və “Qapalı Səhmdar Cəmiyyət”-ə çevrildiyini elan edir.
Qeyd edək ki, “Kapital Partners” 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapital 80 manatdır və qanuni təmsilçisi İbrahim Mikayılovdur. Şirkətin 100% təsisçisi “Rabitəbank”dır.
“Kapital Partners” broker şirkəti Bakı Fond Birjasında ilk broker əməliyyatını həyata keçirmişdir. “Kapital Partners” Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker lisenziyası almışdır. Onu da bildirək ki, 2010-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Kapital Partners” MMC-nin broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyasının fəaliyyətini dayandırmışdır.