Azərbaycanın idxalı Rusiyadan azalıb, Çindən artıb

Azərbaycanın Rusiyadan idxalı azalıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan 2020-ci ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 241 milyon 18 min dollarlıq və ya 13% az olmaqla 1 milyard 629 milyon 359 min dollarlıq mallar idxal edilib.  2019-cu ilin yanvar-oktyabr aylarında Rusiyadan 1 milyard 870 milyon 377 min dollarlıq mallar idxal edilmişdi.

Qeyd edilən dövrdə Azərbaycanın Türkiyədən idxalı isə 54 milyon 908 min dollar və ya 4.1% azalaraq 1 milyard 271 milyon 921 min dollar təşkil edib.

2020-ci ilin ilk 10 aynda Azərbaycanın Çindən idxalı isə 65 milyon 720 min dollar və ya 6% artaraq 1 milyard 144 milyon 427 min dollar təşkil edib.

İXRAC TÜRKİYƏYƏ ARTIB, ÇİNƏ KƏSKİN AZALIB

Azərbaycanın Rusiyaya ixracı 2020-ci ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 519 min dollar azalaraq 565 milyon 560 min dollar təşkil edib.

Qeyd edilən dövrdə Azərbaycanın Türkiyəyə ixracı 5 milyon 91 min dollar artaraq 2 milyard 319 milyon 770 min dollar, Çinə ixracı isə 288 milyon 663 min dollar azalaraq 421 milyon 476 min dollar təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər