Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət tədbirləri zamanı “TAHK” MMC-də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib.
Banker.az xəbər verir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən 2 min manat məbləğində cərimə olunub.
“TAHK” MMC-nin nizamnamə kapitalı 500 min 20 manat təşkil edir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşir.
Şirkətin qanuni təmsilçisi Emin Mehtiyev İlham oğludur. “TAHK” MMC-yə VÖEN 26 fevral 2019-cu ildə verilib.







