2020-ci ilin yanvar-oktyabr aylarında “ADY Express” şirkəti İran ərazisində yerləşən Astara terminalında sutkada orta hesablar 1 414 ton yük aşırıb.
Bunu “ADY Express” MMC-nin mətbuat xidmətinin rəhbəri İlham Abdulov deyib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,6 faiz artıb:
“Ümumilikdə, 2020-ci ilin yanvar-oktyabr aylarında 357 823 ton yük aşırılıb. Bunlardan 49 faizi Astara istiqamətinə gətirilən yüklər, 51 faizi Astaradan daşınan yüklər olub”.
O bildirib ki, Şimal-Cənub marşrutu ilə yük daşımaların həcminə görə Rusiya və İran liderlik edib:
“Daşınan yüklərin əsas hissəsini ağac və oduncaq, tikinti materialları, meyvə, tərəvəz, taxıl və digər məhsullar təşkil edib. Gün ərzində ortalama 29 vaqon yük daşınıb”.
Trend