7 C
Baku
Sunday, December 15, 2024

BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb.

BANM-dən bildirilib ki, müqaviləni rektor Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin Akademik məsələlər üzrə prorektoru Hendrik Voll və İnformasiya-Kommunikasiya Texnologiyaları Məktəbinin dekanı prof. Gert Jervan imzalayıb.

Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazırlanması üzrə konsultasiyaların keçirilməsini, “Erasmus+” və “Horizon” beynəlxalq proqramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsini, Yay/Qış məktəblərində iştirakı, TalTech-in konsepsiyası əsasında Kiber Təhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələrin aparılmasını, informasiya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edir.

Əməkdaşlıq müqaviləsi 3 (üç) il ərzində etibarlı olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər