20 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda mağazalar yenidən nağd ödənişə ‘qaçır’

Azərbaycanda supermarket, butik, mall və digər pərakəndə ticarət obyektlərində POS-terminalların sayı azalıb. 

Məlumata görə, 1 oktyabr 2020-ci il tarixinə Azərbaycanda pərakəndə ticarət iştirakçılarında 36 351 ədəd POS-terminal olduğu halda, bu rəqəm oktyabr ayının sonuna 36 331 ədəd təşkil edib. Bu isə 2020-ci ilin sərt karantinin tətbiq edilməyə başladığı – aprel və may aylarından sonra müşahidə edilən ilk azalma dinamikasıdır. Bu barədə Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumatda deyilir.

Ölkədə isə  noyabr tarixinə cəmi 57 002 ədəd POS-terminal var. Bir ay öncə bu 57 040 ədəd idi.

677787

Xatırlayırıqsa, bu azalma cari ilin aprel ayında daha sərt azalmışdı. Həmin apreldə POS-terminalın sayı 6 961 min və ya 16%-dən yuxarı aylıq dinamika ilə müşahidə edilmişdi. Aprelin əvvəli pərakəndə ticarət obyektlərində 42 525 ədəd adıçəkilən ödəniş vasitəsi var idi. Əlavə olaraq bildirək ki, həmin tarxidə 4 bankın fəaliyyətinə son qoyulması ilə bərabər COVID-19 pandemiyası səbəbindən tətbiq edilən sərt karantinlər də təsir etmişdi. Aprelin sonuna 35 564 ədədə, mayın sonuna isə 35 313 ədədə qədər azalma müşahidə edilmişdi. Növbəti aylarda isə 1 faiz ətrafında artım dinamikası müşahidə edilmişdi.

Banker.az-a bazardakı mənbələr bildirir ki, artıq bir çox sahibkarlar POS-terminalların istfadəsindən imtina ediblər. Bunu şəhərin bəzi mağazalarında (böyük supermarketlər istisina) ənənəvi nağd ödənişə üstünlük verdiyi müşahidə edilir.

Sahibkarlaq niyə nağda qaçır

Ölkədə hökumətin nağdsız ödənişlərə motiv verici addımlara rəğmən sahibkarlar üçün hələdə bəzi çətinliklər qalmaqdadır. Əsasən də bir çox sahibkarlar cari vəsaitlərini bank seçərkən təcrübəyə əsaslanaraq analiz edib, riskləri göz önünə almalı olurlar. Məsələn, bağlanan 4 bankda bir neçə sahibkar etibar edib cari hesab açıb, həmin bankların POS-terminal kimi ödəniş vasitələrindən istifadə etmişdilər. May ayında AMB sədrinin açıqlamasında bu sahibkarların vəsaitlərin gəlib-gəlməməsinə cavab olaraq “təəssüf” keçirdiyini demişdi. Hətta qaytarılsa da bankların öhdəliklərinin mərhələli şəkildə qaytarılması sahibkarlara əlavə zaman itgisi verməkdədir.

Digər məsələ isə POS terminallarda sahibkarların vəsaitini nağdlaşdırmasında bəzi məhdudiyyətlər var ki, bu səbəb də onları nağdsız ödənişlə işləməyə məcbur edir. Məsələn, hazırda dövriyyəsi 200 min manata qədər olan sahibkarlar cari hesablarına nağdsız ödənişlərdən yığılan vəsaitləri nağdlaşdırmaq üçün 15 min manat kvota (200 min manatdan yuxarı üçün bu 30 min manatdır) qoyulub. Həmin məbləği nağdlaşdıranda isə bunun üçün əlavə sorğu-suala da ehtiyac yaranır. Bu da sahibkar köhnə ödəniş əməliyyatlarındakı “komfortu” vermir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər