19 C
Baku
Friday, May 3, 2024

Smartfon bazarındakı bütün qazancın 90%-dən çoxu Samsung və Apple-a məxsusdur

Samsung bazar göstəricisini təxminən iki dəfə artırıb, lakin Apple-ın göstəricisi aşağı düşüb.

Samsung şirkətinin çox da uğurlu olmayan flaqman və COVID-19 pandemiyasına görə bazar payının azalacağı gözlənilirdi. Lakin sözügedən şirkət smartfon bazarında lider olaraq qalır.

Strategy Analytics-in məlumatına görə, üçüncü rübün sonunda Koreya nəhəngi smartfon bazarında qazanc payını təxminən iki qat artırmağı bacarıb.

Bir il əvvəl bu rəqəm 18,8% idisə, indi 32,6%-ə yüksəlib.

Bu nəticə Samsung üçün son altı ildə ən böyük göstəricidir – 2014-cü ilin ikinci rübündə şirkət smartfon bazarının ümumi mənfəətinin 37,9%-ni götürüb.

Apple şirkəti ön sıralarda gəlsə də, illik göstəricisi azalıb. Əvvəllər bütün bazar mənfəətinin 66.9%-ni, indi isə 60,5%-ni əldə edib.

Samsung və Apple bütün smartfonlar bazarının mənfəətinin 93,1%-ni təşkil edib. Amma bu o demək deyil ki, digər şirkətlər qalan yeddi faizi öz aralarında bölüblər. Unutmayaq ki, bazarda bir çox şirkət böyük zərərlə qarşılaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər