Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 14 409 mlrd. manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələrdə Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonlarıdır. Paytaxtda bu göstərici 11 517 mlrd manat, Aranda 737 milyon, Gəncə-Qazax iqtisadi rayonunda 620 milyon manat təşkil edir.
Digər pillələrdə Abşeron (484 96 mln manat), Lənkəran (261 16 mln manat), Şəki-Zaqatala (244 876 mln manat), Quba-Xaçmaz (213 210 mln manat) iqtisadi rayonları dayanır.
Bankların regionlar üzrə ən az kredit verdiyi bölgələrin siyahısında Dağlıq Şirvan və Yuxarı Qarabağ iqtisadi rayonları yer tutur.