-3 C
Baku
Sunday, December 15, 2024

“Tesla”nın keçmiş əməkdaşı kommersiya sirrini açdığı üçün şirkətə 400 min dollar ödəyəcək

“Tesla”nın keçmiş əməkdaşı Martin Tripp kommersiya sirrini açdığı üçün şirkətə 400 min dollar ödəyəcək. V

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, o, jurnalistlərə “Tesla”nın Nevada zavodundakı problemləri barədə danışıb.

Tripp kommersiya sirrini açdığını və bununla da qanunu pozduğunu etiraf edib. Onun jurnalistlərə göndərdiyi məktubda deyilib ki, şirkət İlon Maskın həftədə 5 min Model 3 avtomobili istehsal etmək hədəfinə çata bilməyəcək. Bundan əlavə, mühəndis elektrikli avtomobillərə qüsurlu akkumulyatorların quraşdırıldığını iddia edib. Bu açıqlamalardan sonra “Tesla”nın səhmləri kəskin ucuzlaşıb.

Məlumat sızıntısından xəbər tutan “Tesla” Martini vəzifəsindən azad edərək, məsələ ilə bağlı məhkəməyə müraciət göndərib.

“Tesla” özü Trippdən 167 milyon dollar təzminat tələb edib və bunu səhmlərin ucuzlaşması ilə əlaqələndirib.

Son xəbərlər
Digər xəbərlər