10 C
Baku
Thursday, December 12, 2024

Dünya iqtisadiyyatı 1 ildən sonra böhrandan əvvəlki səviyyəyə qayıda bilər

COVID-19 pandemiyasından ağır zərbə alan dünya iqtisadiyyatı artıq bir ildən sonra böhrandan əvvəlki səviyyəyə qayıda bilər.

Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dekabr proqnozunda deyilir.

Təşkilatın mütəxəssisləri qeyd edir ki, COVID-19-a qarşı peyvəndin yaxın zamanlarda buraxılması barədə xəbərlərdən sonra qlobal iqtisadiyyatın perspektivləri bir qədər aydınlaşıb. Hesabata görə, müxtəlif ölkə hökumətlərinin və mərkəzi bankların ölçüləri sayəsində dünya COVID-19-un yarada biləcəyi ən pis iqtisadi böhran ssenarisinin qarşını artıq ala bilib.

Qeyd edək ki, OECD-in yenilənmiş dekabr gözləntilərinə əsasən, bu il dünya iqtisadiyyatı 4,2%-lik azalma ilə üzləşsə də, 2021-ci ildə qlobal ÜDM istehsalı 4,2%, 2022-ci ildə isə 3,7% artacaq.

Son xəbərlər
Digər xəbərlər