Mərkəzi Bank cəmi depozit bazasının valyutalar üzrə strukturunu açıqlayıb.
Banker.az xəbər verir ki, 2020-ci il noyabrın 1-nə banklardakı 22 milyard 442.1 milyon manat depozitin 12 milyard 874.4 milyon manatı xarici valyutadadır. Bu məbləğ bugünkü məzənnə ilə təxminən 7 milyard 578 milyon dollardır.
Oktyabr ayında isə banklardakı manat depozitinin 12 milyard 950.2 milyon manatı xarici valyutada idi. Belə ki, aylıq müqayisədə depozitlər azalıb.
Depozitlərin 9 milyard 567.6 milyon manatı milli valyutadadır. Bunun 2 milyard 898.6 milyon manatı müddətli depozitlərdir. Xarici valyutada isə müddətli depozitlər 6 milyard 752.4 milyon manat təşkil edir.
Noyabrda manatla müddətli depozitlər azalıb, xarici valyutada depozitlər isə artıb.