6 C
Baku
Sunday, December 15, 2024

“OPEC+” nazirlərinin iclası bir saat gec keçiriləcək

“OPEC+” (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirlərinin görüşünün vaxtı dəyişib.

İclas Bakı vaxtı ilə saat 18:00-da deyil, 19:00-da baçlayacaq.

Qeyd edək ki, iclasda 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artırıb-artırılmaması barədə qərar verilməlidir. Aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu. Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər