20 C
Baku
Sunday, October 6, 2024

“Google” “Play Music” servisinin istifadəsini tamamilə dayandırdı

“Google” şirkəti bu gün “Play Music” servisinin  istifadəsini tamamilə dayandırdı.

Banker.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Google” istifadəçilərə  məlumatlarını “Play Music” dən ötürmək üçün biraz vaxt verib. Şirkətin belə qərar almasının əsas səbəbi istifadəçiləri “You Tube music”ə yönləndirməkdir.

Belə ki, tətbiqin veb saytına daxil olduğunuzda artıq “Google Play Music”in mövcud olmadığı mesajını görəcəksiniz. Buna baxmayaraq, “Google” istifadəçilərinin məlumatlarını itirməməsi üçün əlindən gələni etməyə davam edir. “Google Play Music” veb saytına daxil olduqda, “Musiqinizi idarə et” bölməsindən istifadə edərək kitabxananızı yükləyə, kitabxananızdakı bütün məzmunu təklif tarixçənizlə silə bilərsiniz. 

Qeyd edək ki, “Google” xidmətin istifadəsini oktyabr ayından etibarən azaltmağa başlamışdı. Ancaq “Google Play Music”in istifadəsinin dayandırılmasının ilk göstəriciləri şirkətin may ayında atdığı addımlarda özünü göstərməyə başlamışdı.

Son xəbərlər
Digər xəbərlər