İstanbuldan Çinə yola çıxan ilk yük qatarı Ankaraya çatıb

Türkiyədən Çinə yola çıxan ilk ixrac qatarı dekabrın 6-da Ankaraya çatıb.

Qatar Kocaeli stansiyasından keçərək Türkiyə paytaxtına səmt alıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çinə istiqamətində hərəkət edən qatar ümumilikdə 8693 kilometr yol gedəcək. Polad magistrallar üzərindən qrafik üzrə ləngimədən mənzil başına doğru gedən qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçəcək. Hələlik qatarın hərəkətində heç bir ləngimə yoxdur.

Qeyd edək ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edir.

MənbəAzərtac
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər