10 C
Baku
Thursday, December 12, 2024

Maradonanın ay ərzində xərclədiyi məbləğ açıqlanıb

Dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ay ərzində xərclədiyi məbləğ bəlli olub.

“America TV” xəbər verir ki, keçmiş yarımmüdafiəçinin aylıq xərcləri 100 min avronu ötüb. Bu məbləğin hər ay Maradonanın hesabından silindiyi bildirilir.

Onun, böyük ehtimalla, 50 ailənin xərclərini ödədiyi vurğulanır.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər