Azərbaycanda son illərdə delikates qida olan kartof çipsinin istehsalına start versə də 2020-ci ildə bu rəqəmlər kəskin azalıb.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 328.6 ton həcmində əmtəəlik çipsi istehsal edilmişdir. Bu 2019-cu ilin müvafiq dövründə Azərbaycanda 730.3 ton təşkil edirdi. Qeyd etməliyik ki, ölkəmizdə kartof çipsisinin istehsalı üzrə rəsmi qeydiyyata alma 2018-ci ilin yanvarından aparılır. 2018-ci il ərzində ölkədə kartof çipsisinin istehsalı 131.88 ton təşkil edirdi.
Xarici istehsala üstünlük verilir
Azərbaycan xaricdən cari ilin yanvar-sentyabr ayları ərzində 2 804.54 ton həcmində çipsi idxal edib. İdxal edilmiş bu məhsula görə, ölkə hüdudlarını 7.81 milyon ABŞ dolları həcmində valyuta tərk edib. Bu 2019-cu ildə 2 292.07 ton həcmində olmaqla 6.49 mln. ABŞ dollarında təşkil edirdi.
Bunun əvəzində isə Azərbaycan xaricə cəmi 28.66 ton həcmində, yəni, 168.29 min dollar dəyərində məhsul ixrac edə bilib. Bu 2019-cu ildə 3.08 ton 13.37 min ABŞ dolları təşkil edirdi.
Qeyd edək ki, Azərbaycanda “Azersun Holdinq” Qazax Konserv Zavodunda və “Gilan Holdinq” isə Qəbələ Konserv Zavodunda bu məhsulları istehsal edir.