Azərbaycanda bu şəxslərə pulsuz mənzillər verilir – 3.8 milyon manat xərclənəcək

Sosial Xidmətlər Agentliyi Astarada 74 mənzil alır.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi Astara rayonunda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı (ümumilikdə 74 mənzil) mənzilin satın alınması üzrə açıq müsabiqə başlatmışdır.

Elan edilən müsabiqə üzrə satın alınacaq mənzillərin ehtimal olunan ümumi dəyəri 3 825 800 manat təşkil edir.

Mənzillər Astara rayonu ərazisində əlilliyi olan şəxslər və şəhid ailələrinin təminatı üçün nəzərdə tutulub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər