Mənzil icazəsi xidməti olan “Airbnb” birjaya çıxmazdan əvvəl qiymətləndirməsini 30-33 milyard dollardan 39-42 milyard dollara qaldırıb.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” və “The Wall Street Journal” bildirib.
Qeyd edək ki, şirkət səhm başına qiyməti 44-50 dollardan 56-60 dollara qaldırıb. Noyabrın 30-u “Airbnb”nin bazar kapitallaşması 33 milyard dollar təşkil edib.
Ümumilikdə, xidmət Nasdaq birjasında 1 milyard dollara qədər maliyyə cəlb etməyi planlaşdırır. “Bloomberg”in proqnozlarına görə, bu göstərici 3,1 milyard dollara çata bilər.
2017-ci ildə investorlar “Airbnb”ni 31 milyard dollar dəyərində qiymətləndiriblər. Lakin pandemiya fonunda şirkət qiyməti 18 milyard dollara aşağı salmalı olub.