2 C
Baku
Saturday, December 14, 2024

Əmanətlərin tam sığortalanması müddəti daha 4 ay artırılır – Daha sonra yeni qayda gəlir

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu il dekabrın 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq.

Banker.az-a bildirilib ki, sənəddə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb. Həmin tarixdən sonra isə “Əmanətlərin sığortalanması haqqında” Qanununda dəyişiklik ediləcək, illik faiz dərəcəsinin yuxarı həddi tələbinə əsasən fiziki şəxslərin banklardakı 100 min manatadək əmanətləri qorunan əmanətlər hesab olunacaqdır. “Əmanətlərin sığortalanması haqqında” qanunda qeyd edilir ki, fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

“Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan bağlanması fonunda əmanətlərin geri götürülməsinin qarşısını almaq məqsədi ilə bu qanun qüvvəyə minmişdi.

Son xəbərlər
Digər xəbərlər