Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bazar ertəsi Orxan Sultanov və Əli Nağıyeva general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilsin” deyə sərəncamda qeyd edilir.
Digər sərəncamda isə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilsin” deyə qeyd olunur.
Qeyd edək ki, sərəncam 7 dekabr 2020-ci il tarixdə imzalanıb və imzalandığı gündən qüvvəyə minir.