Rumıniyanın baş naziri Lüdovik Orban rəhbərliyində təmsil olunduğu Milli Liberal Partiyanın parlament seçkilərində uduzmasından sonra istefaya getdiyini elan edib.
“Agence France-Presse” agentliyi xəbər verir ki, bu barədə o, televiziyada translyasiya edilmiş çıxışı zamanı bildirib.
“Mən bu gün istefa qərarı verdim”, – baş nazir deyib.
Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un məlumatına görə, seçkilərdə Sosial Demokrat Partiyası lider olub. İlkin məlumatlara əsasən, siyasi təşkilat siyasi marafonda 30,5 % seçici səsi toplayıb.