Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq artıb.
Azərbaycan Mərkəzi Bankından Banker.az-a verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında sığorta şirkətləri bu sığorta növü üzrə 47 443.3 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 407.6 min manat və ya 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin bu sığorta sinfi üzrə ödənişləri çox olub. Belə ki, ötən il ilə müqayisədə əmlakın yanğın və digər risklərdən sığortaya görə ödənişlər 7 dəfə artaraq 13 101.2 min manat təşkil edib. 2019-cu ilin eyni dövründə isə bu göstərici 1 832.1 min manat olub.