Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks artıq Çinə ixrac olunur.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti – “ADY Express” MMC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, şirkət həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir.
Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırıldıqdan sonraə dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.
İlkin olaraq 2020-ci il noyabr-dekabr aylarında layihə üzrə 27000 ton koks-un daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15742 ton yükün nəqli həyata keçirilib. Vaqon təminatı ADY və və “ADY Express”ə məxsusdur.
Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.